...

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Gündəm Materials 23 Avqust 2023 08:34 (UTC +04:00)
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub.

Hadisə ilə bağlı Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur. Bu baş verənlər təbii proseslərdir.

“Bu gün yoxlanılacaq ki, hansı evlərdə çat və dağıntı var. Onları yoxlamaq İcra Hakimiyyətləri yanında Fövqəladə Hallar Komissiyalarının işidir. Dağıntısı güclü olan zəlzələ ehtimalı yoxdur. Əhali narahat olmasın”,- deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.

Zəlzələnin dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti