...

Dəmiryol keçidini keçməyə cəhd edən avtomobil qatara çırpılıb

Gündəm Materials 29 Avqust 2023 07:56 (UTC +04:00)
Dəmiryol keçidini keçməyə cəhd edən avtomobil qatara çırpılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları"na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti