...

Geomaqnit qasırğası olacaq

Gündəm Materials 25 Dekabr 2023 12:59 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat dövrü ərzində Günəş orta səviyyəli fəallıq göstərmişdir. Maksimal sinifli alışma 3519 oblastında M3.33 sinifli alışma olub.

Bu barədə Trend-ə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Alışmalar nəticəsində radiosiqnalların ötürülməsində R1 dərəcəli fasilələr yaranıb. Həmçinin, Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 113 ləkə müşahidə olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli 1867 pfu-ya kimi yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

Qeyd edilib ki, hesabat dövründə Günəş küləyinin sürəti 835 km/san-dək yüksəlib. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 13 nT, radial istiqamətdə isə -11 nT olub. Hazırda Günəş küləyinin sürəti 435 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə 4 nT təşkil edir.

Hesabat dövrü ərzində 19-20 dekabrda geomaqnit sahəsinin G1 (zəif) səviyyəsinədək yüksəlməsi qeydə alınıb. Hazırda Kp indeksi 1-ə bərabərdir və geomaqnit sahə sakitdir.

Proqnoz günlərində (25-31 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş TKA təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi – 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və 27 dekabrda Yerə çatacağı gözlənilir. Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti