Bakı. Trend:
“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa media nümayəndələri buraxılmayıb. İclas hakim Samir Əliyevin sədrliyi ilə keçirilib. Media nümayəndələri məhkəməyə buraxılmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Mütəllimov qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Mütəllimov idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Faktla bağlı cinayət işi başlanıb. “Nikosayağı”ya Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
