...

Blinken İsrailin müdafiə naziri ilə Qəzzada hərbi əməliyyatı müzakirə edib

Gündəm Materials 8 Fevral 2024 05:21 (UTC +04:00)
Blinken İsrailin müdafiə naziri ilə Qəzzada hərbi əməliyyatı müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken İsrail müdafiə naziri Yoav Qalant ilə İsrailin Qəzza zolağında hərbi əməliyyatının gedişatını müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, A.Blinken Qəzza zolağının mülki əhalisinin müdafiəsi üçün bütün mümkün tədbirlərin görülməsinin vacibliyini bildirib. O, həmçinin Fələstinin "HƏMAS" hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi və Qəzza zolağına humanitar yardımın çatdırılması perspektivlərini müzakirə edib.

Bundan əlavə, A.Blinken tam hüquqlu Fələstin dövlətinin yaradılması və İsrailə təhlükəsizlik zəmanətlərinin verilməsi ideyasını dəstəkləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti