...

Əfqanıstanda sel daşqınları: ölənlərin sayı 150 nəfərə çatıb

Dünya xəbərləri Materials 11 May 2024 17:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın şimal əyalətlərində aprel leysan və daşqınlar nəticəsində azı 150 nəfər ölüb, 114 nəfər yaralanıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, təbii fəlakətdən ən çox əziyyət çəkən Baqlan əyalətində 50 nəfər, Taxar əyalətində isə 20 nəfər həlak olub. Xilasedicilər milli ordunun təhlükəsizlik qüvvələri və polisin köməyi ilə palçıq və dağıntılar arasında həlak olanların cəsədlərini axtarır. Ölü sayının artacağı istisna olunmur.

Daşqınların yüzlərlə evə, eləcə də elektrik və rabitə vasitələrinə, əkin sahələrinə ciddi ziyan vurduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti