...

Azərbaycanda zəlzələ olub (YENİLƏNİB)

Cəmiyyət Materials 11 May 2024 19:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb.

Trend-in məlumatına görə, məlumatda bildirilib ki, ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.

Bildirilib ki, zəlzələnin maqnitudası 5.3 olub.

xxx

17:29

Talış dağlıq zonasında 5.2 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ yerli vaxtla 17:23 radələrində olub.

Yeraltı təkanlar 18km dərinlikdə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti