Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində "Düşsel Çağrışımlar" adlı sərgi başlayıb.
Trend xəbər verir ki, sərgi Taksim Tarık Zafer Tunaya Mədəniyyət Mərkəzində keçirilir.
Azərbaycanlı rəssam Nurlana Hacıyeva da Türkiyədə təşkil olunan bu sərgidə iştirak edir.
Sərgi mayın 15-dək davam edəcək.