...

Çexiya polisi Rusiyanın “hərbi kəşfiyyat generalı”nı axtarışa verib

Dünya xəbərləri Materials 11 May 2024 17:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya polisi “hərbi kəşfiyyat generalı” adlandırılan Rusiya vətəndaşı Andrey Averyanovu Vrbetitsa partlayışlarında iştirak etməkdə şübhəli şəxs qismində axtarışa verib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Çexiya polisi iddia edir ki, Averyanov 2014-cü ildə Vrbetitse kəndindəki silah-sursat anbarlarında baş verən partlayışlarda iştirak edib. Partlayışların təşkilatçıları Anatoli Çepiqa və Aleksandr Mişkin olub.

Qeyd edilir ki, bundan əvvəl Böyük Britaniya müstəntiqləri bu şəxslərin 2018-ci ildə Solsberidə Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsini təşkil etdiklərini bəyan ediblər.

Kreml isə öz növbəsində Moskvanın partlayışlarda iştirakı ilə bağlı ittihamları çirkin və əsassız adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti