Bakı. Trend:
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsində növbəti matç keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Xəzri” NTD-İNDİQO ilə üz-üzə gəlib.
İlk matçda 63:61 hesabı ilə üstün olan bakılılar finala yüksəliblər. Gərgin mübarizə şəraitində keçən qaşılaşmanın taleyi overtaymda həll olunub. "Xəzri" 3-cü perioddan sonra 13 xallıq fərqi aradan götürməyi bacarıb. Əlavə vaxtda da daha yaxşı çıxış edən Murat Dikmenin komandası finala vəsiqə qazanıb.
Qeyd edək ki, cütün qalibi finalda “Sabah” ilə qarşılaşacaq. Çempion yarımfinalda “Xırdalan”ı məğlub edib.