...

Gənc gimnastlarımız beynəlxalq yarışda qızıl medal qazanıblar

İdman Materials 11 May 2024 23:36 (UTC +04:00)
Gənc gimnastlarımız beynəlxalq yarışda qızıl medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə gənclərdən ibarət Azərbaycan yığması “Acro Cup” adlı beynəlxalq yarışda uğurlu çıxış edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, millimiz Bolqarıstanın Burqas şəhərində keçirilən yarışda çoxnövçülükdə qızıl medal qazanıb.

Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyevadan ibarət üçlük uğurlu çıxış edərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Sabir Ağayev və Milana Əliyevadan ibarət qarışıq cütlük və Murad Rəfiyev-Daniel Abbasov kişi dueti finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Acro Cup”a sabah yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti