...

Lənkəranda zəlzələ nəticəsində hər hansı dağıntı olmayıb - FHN

Hadisə Materials 11 May 2024 18:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti