...

Aprel ayında Antalya Hava Limanına gələn sərnişinlərin sayı 5 milyonu ötüb

Dünya xəbərləri Materials 11 May 2024 15:44 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin aprel ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artaraq, 5 milyon 769 min 234 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 27 faiz artaraq 2 milyon 3 min 836 nəfər, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 3 milyon 765 min 398 nəfər təşkil edib.

2024-cü ilin aprel ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 67 min 220 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq, 18 min 213 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 24 faiz artaraq, 49 min 6 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin aprel ayı ilə müqayisədə 18 faiz artaraq, 40 min 553 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz artaraq 14 min 927, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 25 min 626 olub.

Bu ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 61 milyon 818 min 685 nəfər, yük dövriyyəsi isə 1 milyon 373 min 395 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti