Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) kütləvi dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.
Trend xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.
"Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalır. Təhlükə var. Qaçılmaz deyil. Hər bir vətəndaş diqqətli olmalıdır. İnanmayın, yalandır. Yalan vədlər sosial şəbəkələrdə tüğyan edir. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın", - deyə nazirlik qeyd edib.