...

Mask güclü geomaqnit qasırğasının peyklərə artan yükündən danışıb

Dünya xəbərləri Materials 11 May 2024 16:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı iş adamı və "SpaceX" şirkətinin sahibi İlon Mask şirkət tərəfindən istehsal olunan «Starlink» internet peyklərinin güclü geomaqnit qasırğası səbəbindən artan yüklə üzləşir.

Trend xəbər verir ki, bu barədə İlon Mask özünün sosial şəbəkə hesabında məlumat verib.

"“Starlink” peykləri ağır yük altındadır, lakin hələlik onlar bunun öhdəsindən gələ bilirlər", - deyə o bildirib.

O əlavə edib ki, hazırda Günəş aktivliyi səbəbindən qeydə alınmış geomaqnit qasırğası uzun illər ərzində ən güclüdür.

Qeyd edək ki, ABŞ Meteorologiya Xidməti 2003-cü ildən etibarən ilk dəfə Yerə çatan geomaqnit qasırğasının gücünün qiymətləndirilməsini maksimum G5 səviyyəsinə qaldırıb. Xəbərdarlıq olunub ki, geomaqnit qasırğası iki günə yaxın davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti