...

Lənkəranda daha bir zəlzələ qeydə alınıb

Hadisə Materials 11 May 2024 20:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran rayonunda daha bir zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələnin maqnitudası 4,4 olub.

Bildirilib ki, zəlzələ episentrdə 4 bal , ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Qeyd edilib ki, güclü və hiss olunan təkanlardan sonra baş verən afterşoklar arasında zəif və zəif hiss oluna bilən təkanlar ola bilir və Lənkəranda qeydə alınan ikinci təkan zəif hiss olunan təkandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti