...

Mixail Mişustinin 10 müavini olacaq

Dünya xəbərləri Materials 11 May 2024 16:45 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin “Federal icra hakimiyyəti orqanlarının strukturu haqqında” fərman imzalayıb.

Trend xəbər verir ki, bu barədə sənəd Kremlin saytında dərc olunub.

Sənədə əsasən, baş nazir Mixail Mişustinin 10 müavini olacaq.

Qeyd edək ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Mixail Mişustini Rusiya hökumətinin sədri vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.

Xatırladaq ki, mayın 7-də Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Vladimir Putinin fərmanı ilə istefa verib. Bu, prezidentin andiçmə mərasimi ilə bağlıdır, ondan sonra qanunla hökumət istefaya getməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti