Bakı. Trend:
Rusiyada beşmərtəbəli yataqxana binasının üç mərtəbəsi çöküb.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Komi Respublikasının Peçora şəhərində baş verən hadisə zamanı zərərçəkən olmayıb.
Əraziyə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Binadan 14 sakin təxliyə edilib.