...

"Starship"in növbəti sınaq uçuşu 3-5 həftə ərzində baş tuta bilər - İlon Mask

Dünya xəbərləri Materials 12 May 2024 03:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"SpaceX" şirkəti üç-beş həftə ərzində "Starship" kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin dördüncü sınaq buraxılışını həyata keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətinin rəhbəri İlon Mask bildirib.

O, "X" sosial şəbəkəsində gəminin fotosunu dərc edərək, onun uçuşuna hazırlıqların getdiyini yazıb. İstifadəçilərdən biri şərhdə dördüncü uçuşun nə vaxt baş tutacağını və İ.Maskın yeni buraxılış nəticəsində hansı məqsədlərə çatmağı planlaşdırdığını soruşub.

"Yəqin ki, 3-5 həftəyə. Məqsəd gəminin [gövdəsinin] maksimum qızma zonasını keçməsi və ya ən azı keçən dəfə olduğundan daha uzağa uçmasıdır", - deyə sahibkar cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti