...

Artıq bu gün vətən həsrətinə son qoyuruq – Laçın sakini

Gündəm Materials 28 Fevral 2024 08:03 (UTC +04:00)
Artıq bu gün vətən həsrətinə son qoyuruq – Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün doğma yurdumuz Laçına qayıtmaqla artıq vətən həsrətinə son qoyuruq.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Vaqif Həsənov deyib.

Onun sözlərinə görə, vətən həsrətinin, köçkünlük həyatının necə ağrılı olduğunu çox yaxşı bilir. 1992-ci ildə Laçını ağlaya-ağlaya tərk edib. Bu gün isə sevinə-sevinə öz doğma yurduna qayıdır.

“Bu günü bizlərə ərməğan edən Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirik. Onun rəhbərliyi sayəsində ordumuz torpaqlarımızı işğaldan azad etdi. Biz şəhidlərimizin qanı bahasına öz torpaqlarımıza qovuşmuşuq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, Allah qazilərimizə can-sağlığı versin”, - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705 nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti