...

Eynşteynin Ruzveltə məktubları hərraca çıxarılacaq

Gündəm Materials 27 İyun 2024 14:59 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Dahi alim Albert Eynşteynin imzaladığı məktublar sentyabrda “Christie's” auksionunda 4 milyon dollardan çox qiymətə satılacaq.

Trend xəbər verir ki, 1939-cu ilin yayında, Avropada İkinci Dünya müharibəsi başlamazdan bir müddət əvvəl Albert Eynşteyn tədqiqatçı yoldaşı Leo Szilard ilə birlikdə Franklin D. Ruzveltə iki məktub yazıb və bu məktublarda alimlər ABŞ Prezidentinin “son dərəcə güclü bombalar” istehsal etmək üçün nüvə tədqiqatlarını fəal şəkildə dəstəkləyən nasist Almaniyasından əvvəl nüvə silahlarına sərmayə qoymağa çağırıblar.

Məktubları Szilard yazıb və Eynşteyn onları imzalayıb, çünki dahi fizik o vaxtlar daha məşhur və nüfuzlu idi.

Problemin ciddiliyini dərk edən Ruzvelt nüvə fiziki Robert Oppenheymerin rəhbərlik etdiyi Manhetten layihəsini yaradacaq Uran Layihəsi Komitəsini təsis edib.

Altı il sonra ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə iki atom bombası ataraq, silahlı münaqişədə nüvə silahından istifadə edən ilk və yeganə ölkə oldu.

Eynşteyn 1947-ci ildə deyirdi: “Almanların atom bombası yarada bilməyəcəyini bilsəydim, barmağımı belə tərpətməzdim”.

Satışa çıxarılacaq məktub Nyu-Yorkun Hayd Parkında yerləşən Prezident Kitabxanası və Muzeyində saxlanılan orijinalın qısa versiyasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti