Bakı. Trend:
Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinə yüksəksürətli yol çəkəcək.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Şərq-Qərb avtomobil yolunun tərkibinə daxil olan yolların tikintisi ilə bağlı tender elan edilib.
Söhbət Rustavi-Qırmızı körpü və Algeti-Sadaxlo yollardan gedir. 61.3 km uzunluğunda dördzolaqlı avtomobil yolunun tikintisinə 2025-ci ildə başlanacaq və işlərin başlanmasından 30 ay sonra mərhələlərlə başa çatdırılacaq.
Tikinti işləri 250 milyon avroya başa gələcək və Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək.