...

“ChatGPT” internetdə ən çox ziyarət edilən 5-ci sayt olub

Gündəm Materials 22 May 2025 12:12 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Cəmi bir il ərzində sıralamada sürətli yüksəliş göstərən “ChatGPT”, 15-ci yerdən 5-ci yerə qalxaraq dünyanın ən populyar veb platformalarından birinə çevrilib.

Trend xəbər verir ki, “SimilarWeb”in açıqladığı statistikaya əsasən, platforma ayda 5,14 milyard ziyarətçi cəlb etməklə yalnız “Google”, “YouTube”, “Facebook” və “Instagram”ın gerisində qərarlaşıb.

Ən maraqlısı isə odur ki, digər tanınmış saytlar istifadəçi sayında azalma ilə üzləşdiyi halda, “ChatGPT” trafikinə 13,04 % artım əlavə edib. Bundan başqa, platforma aylıq istifadəçi sayına görə “Vikipediya”nı da geridə qoyub.

Qeyd edək ki, “ChatGPT” “OpenAI” tərəfindən yaradılmış süni intellekt əsaslı mətn yaradıcı modeldir. İlk dəfə 2022-ci ilin noyabrında təqdim edilən bu platforma istifadəçilərlə təbii dildə ünsiyyət qurmaq, sualları cavablandırmaq, yazılar yazmaq, kod nümunələri təqdim etmək və müxtəlif mövzularda yaradıcı məzmun hazırlamaq imkanlarına malikdir.

Modelin əsasında “GPT-4” (Generative Pre-trained Transformer 4) dil modeli dayanır. “ChatGPT” istifadəyə verildiyi ilk aylardan etibarən geniş istifadəçi auditoriyası qazanaraq, təhsil, texnologiya, biznes və gündəlik həyat sahələrində faydalı bir alətə çevrilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti