Bakı. Trend:
Süni intellekt nəhəngi "ChatGPT" istifadədə rekord göstəricilər qazanıb.
Trend xəbər verir ki, cəmi bir ildə platformaya göndərilən sorğular 912,5 milyardı ötüb, həftəlik istifadəçi sayı üç ayda 300 milyondan 500 milyona yüksəlib.
İllərdir axtarış dünyasının lideri olan "Google" bu sürətli yüksəliş qarşısında real rəqabət hiss edir. "OpenAI" "ChatGPT" ilə kifayətlənmir, süni intellektlə işləyən veb-brauzer hazırlayır və "ChatGPT Agent" aləti ilə şəxsi rəqəmsal köməkçi konsepsiyasını irəli sürür.
Qeyd edək ki, bu addımlar "Google"un taxtını sarsıda biləcək yeni rəqəmsal dövrün siqnalıdır.