...

Spikerin müavini Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda iştirak edəcək

Gündəm Materials 3 Noyabr 2025 11:06 (UTC +04:00)
Spikerin müavini Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda iştirak edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 3-dən 5-dək Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov iştirak edəcək.

Bildirilib ki, Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti