Bakı.Trend:
Ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 302 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aylıq hesabatında məlumat verilir.
Bildirilir ki, ölkədən çıxışı qadağan edilmiş 599 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 8 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
