...

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 9 Oktyabr 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Çərşənbə axşamı saat 10:15 radələrində Tərtər rayonunun Burunc kənd ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "KİA" markalı avtomobillə "VAZ" 21 03 markalı maşının toqquşması nəticəsində sonuncunun sürücüsü 1971-ci təvəllüdlü Heydərov Yusif Həsənağa oğlu hadisə yerindəcə keçinib. Həmin avtomobildə olan sərnişin Dünyamalıyeva Kəmalə ağır kəllə beyin travması ilə Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxananın cərrahiyə şöbəsinin baş həkimi Yəmən Cəfərovun verdiyi məlumata görə, yaralının vəziyyəti çox ağırdır.

Xəbər lenti

Xəbər lenti