...

Astarada 14 yaşlı qız dəm qazından boğulub

Hadisə Materials 11 Fevral 2008 10:34 (UTC +04:00)

Azərbaycan, Lənkəran,11 fevral / Trend , müxbir P.Əliyeva/ Astara rayonunda fevralın 10-da 14 yaşlı qız dəm qazından boğulub. Astara rayon Polis İdarəsindən bazar ertəsi Trend ə bildiriblər ki, rayon sakini 1994-cü il təvəllüdlü Lalə Əlizadə hamamda çimərkən dəm qazından ölüb.

Qaz sobası xarici ölkə istehsalıdır . Əlizadənin meyidinin müayinə olunması üçün rayonun məhkəmə tibbi ekspertizasına aparılıb.

İlkin ehtimala görə, külək qazı söndürdüyündən, dəm qazı hamama dolub.

Fakt üzrə Astara rayon Prokurorluğunda araşdırma aparılır .

Astara paytaxt Bakıdan 300 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti