...

Bərdə rayonunda dörd yaşlı uşaq Kürdə boğulub

Hadisə Materials 3 Aprel 2008 11:58 (UTC +04:00)

Azərbaycan, Bərdə, 03 aprel / Trend ", müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda dörd yaşlı Kəlbəcər rayon məcburi köçkünü Kür çayında boğulub. Trend "un bölgə müxbirinin məlumatına görə, 2004-cü il təvəllüdlü Seyfəddin Nazim oğlu Abışov aprelin 3-də Kür çayı ətrafında oynayan zaman çaya düşüb.

Bərdə rayon Polis İdarəsindən bildiriblər ki, uşağın cəsədinin axtarışları davam etdirilsə də, hələki nəticə əldə olunmayıb.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti