...

Səlyanda narkotikanın satışında şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb

Hadisə Materials 6 Aprel 2008 12:16 (UTC +04:00)

Azərbaycan, Lənkaran, 6 aprel / Trend P.Əliyeva/ Səlyan rayonu polis idarəsinin əməkdaşları narkotik maddələrinin satışında şübhəli bilinən 36 yaşlı Neftçala rayon Xıllı kənd sakini Sultanov Vüqar Vaqif oğlunu saxlayıblar. Üzərinə baxış zamanı, Sultanovun üstündən 1 kiloqram həşiş və 1- qramm tiryək aşkar edili.

Faktla bağlı cinayyət işi açılıb, istintaq aparılır. İlkin dindirmə zamanı, saxlanınlan Sultanov narkotikanın almadığını, yoldan taptığını bildirdi.

Xəbər lenti

Xəbər lenti