...

Azərbaycanın şimalında avtobus yanıb

Hadisə Materials 21 İyul 2008 10:58 (UTC +04:00)

Azərbaycan, Şəki, 21 iyul / Trend , müxbir S. Fətəliyev/ Azərbaycanın Şəki rayonunda marşrut avtobus yanıb.

Trend -un məlumatına görə, iyulun 20-də saat 18.40 radələrində Şəkidən Oxud kəndinə gedən Qalib Məmmədovun idarə etdiyi PAZ markalı 55 VJ 027 dövlət nömrə nişanlı avtobus tamamilə yanıb.

Şəki-Oxud yolunun 5-ci kilometrliyində baş vermiş hadisəyə avtomobildəki texniki nasazlıq səbəb olub.

Avtobusdakı sərnişinlər avtomobili vaxtında tərk etdiyindən xəsarət alan olmayıb.

Ərazidə su və torpaq, avtobusda isə yanğınsöndürən olmadığından yanğını söndürmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti