...

SUMR-da həlak olanların sayı 184 nəfərə çatıb

Hadisə Materials 14 İyul 2009 12:51 (UTC +04:00)

Qazaxstan, Astana, 13 iyul / Trend , müxbir K.Konırova /

Sintszyan-Uyğur muxtar rayonunun inzibati mərkəzi olan Urumçi şəhərində kütləvi çaxnaşma nəticəsində yaralananların sayı 1680 nəfərə çatıb, Çin Xalq Respublikasınin Qazaxstandakı səfirliyi bildirib.

"1680 nəfərdən 939-u stasionar müalicə alır. Çaxnaşma zamanı həlak olanların sayı 184 nəfərə çatıb", - səfirlikdən məlumat verilib.

Əvvəl xəbər verildiyi kimi, Sintszyan-Uyğur muxtar ryonunun inzibati mərkəzi Urumçidə bu ili iyulun 5-də iğtişaşlar baş verib.

"Çaxnaşmalar, döymələr və talanlar xaricdən düşmən qüvvələr tərəfindən qəsdən təşkil olunub. İğtişaşlar müxtəlif millətlərin nümayəndələrinə ağır zərər vurub, normal nizam-intizam və sosial stabilliyi pozub", - Çin səfirliyinin rəsmi bülletenində deyilib.

Məlumatda bildirilib ki, Çin hökuməti vəziyyətin nizamlanması və ictimai sabitliyin bərpası məqsədilə qanuni və effektiv tədbirlər görüb.

"Hazırda şəhərin bütün rayonlarında ictimai sabitlik  qaydasına düşür. İdarə və müəssisələr iş rejimini bərpa edib. Şəhər əhalisinin həyatı öz normal ahənginə qayıdıb", - bülletendə deyilir.

Səfirliyin məlumatında qeyd olunub ki, çaxnaşma "Ümumdünya Uyğur Konqresi"  seperatçı təşkilatının sədri, milliyətçi Rəbiyyə Qadir tərəfindən təşkil olunub.

Bülletendə onun haqda geniş məlumat verilib. Rəbiyyə Qadir 1951-ci ildə Sintszyanda anadan olub. O, vergini tam ödəməməsi və vergidən yayınmaq yolu ilə Sintszyanda varlanıb. Eyni zamanda o, milli təhlükəsizliyə xələl gətirməklə məşğul olub. 2000-ci ildə Rəbiyyə gizli dövlət məlumatlarını xarici təşkilatlara ötürdüyü üçün səkkiz il həbs cəzasına məhkum edilib.

"2005-ci ildə Rəbiyyə ABŞ-da müalicə olunmaq üçün azad edilib. Lakin ABŞ-a gələn Rəbiyyə terrorizm, seperatizm,ekstremizmin məşhur nümayəndələri ilə görüşüb, Çini parçalamaq məqsədi ilə sui-qəsd təşkil edib və "Ümumdünya Uyğur Konqresi" nin (ÜUK) sədri olub. Məhz onun dövründən başlayaraq ÜUK Çin hökumətinə təzyiq göstərmək məqsədi ilə "Sintszyan məsələsi"ni "demokratiya" və "insan haqları" pərdəsi altında beynəlmilləşdirməyə başlayıb",  - xəbərdə bildirilib.

"Artıq tam aydındır ki, Sintszyanda  2008-ci il avqustun 4, 20 və 12-də baş verən üç ağır zorakılıq və terror hadisəsində Rəbiyyə Qadir və onun kimilərin əli olub", - xəbərdə əlavə olunub.

Xəbər lenti

Xəbər lenti