...

Göygöldə ağır yol qəzası olub: 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Hadisə Materials 11 İyul 2011 13:16 (UTC +04:00)
Nəticədə Abdullayev hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, Beyləqan rayon sakinləri Mürsəl Mehrəliyev və Diltus Rüstəmov, habelə Atayeva və onun sərnişini Səkinəbanu Atayeva isə xəstəxanaya yerləşdiriliblər.
Göygöldə ağır yol qəzası olub: 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Göygöldə ağır yol qəzası olub, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 10-da saat 16:50 radələrində Göygöl rayonu ərazisində Beyləqan rayon sakini Abdulxan Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini Bəsti Atayevanın idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Nəticədə Abdullayev hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, Beyləqan rayon sakinləri Mürsəl Mehrəliyev və Diltus Rüstəmov, habelə Atayeva və onun sərnişini Səkinəbanu Atayeva isə xəstəxanaya yerləşdiriliblər.

Göygöl rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti