...

Özünü yandıran 43 yaşlı Abşeron rayon sakini xəstəxanada ölüb

Hadisə Materials 7 Dekabr 2011 10:03 (UTC +04:00)
Özünü yandıran 43 yaşlı Abşeron rayon sakini xəstəxanada ölüb
Özünü yandıran 43 yaşlı Abşeron rayon sakini xəstəxanada ölüb

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Özünü yandıran 43 yaşlı Abşeron rayon sakini xəstəxanada ölüb.

Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Masazır qəsəbə sakini, 1968-ci il təvəllüdlü Fərman Cəfərov dünən özünü yandırıb.

Yanıq xəsarətləri alan Cəfərov 5 saylı xəstəxanaya yerləşdirilib. O, dünən gecə saatlarında aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti