...

Bakının orta məktəbinə bomba qoyulması barədə məlumat daxil olub: ətrafdakılar evakuasiya ediliblər

Hadisə Materials 27 İyul 2012 13:04 (UTC +04:00)
Bakıda orta məktəbə partlayıcı qurğu qoyulması ilə bağlı məlumat təsdiqini tapmayıb.
Bakının orta məktəbinə bomba qoyulması barədə məlumat daxil olub: ətrafdakılar evakuasiya ediliblər

Azərbaycan, Bakı, 27 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda orta məktəbə partlayıcı qurğu qoyulması ilə bağlı məlumat təsdiqini tapmayıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 102 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıblar. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparıblar.

Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti