...

Çində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 50-yə çatıb

Hadisə Materials 7 Sentyabr 2012 16:05 (UTC +04:00)
Çinin cənubunda 5,7 bal gücündə zəlzələ artıq 50 nəfərin həyatına son qoyub, 150 nəfər yaralanıb.
Çində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 50-yə çatıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Çinin cənubunda 5,7 bal gücündə zəlzələ artıq 50 nəfərin həyatına son qoyub, 150 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyətə istinadən məlumat verir.

Bundan əvvəl ölənlərin sayının 43 nəfər olduğu bildirilirdi.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Yunnan vilayətindəki Szyaokuy yaşayış məntəqəsindən bir kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub. Birinci təkandan sonra ardıcıl olaraq təkrar yeraltı təkanlar hiss olunub. Onlardan ən güclüsünün maqnitudası 5,6 bal təşkil edib.

"Sinxua" agentliyinin məlumatına görə, təbii fəlakət qonşu Quyçjou vilayətinə də toxunub. Hər iki vilayətdə təxminən 20 minə yaxın ev zədələnib, yaxud dağılıb, 100 minə yaxın insan təxliyyə olunub. Məlumata görə, həlak olanlar barədə ilk xəbər Yunnan vilayətinin administrasiyasından gəlib.

Xəbər lenti

Xəbər lenti