...

Abşeron Şərab ASC-nin anbarında yanğın baş verib, xəsarət alan var

Hadisə Materials 21 Oktyabr 2012 14:03 (UTC +04:00)
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Mehdiabad qəsəbəsində Abşeron Şərab Açıq Səhmdar Cəmiyyətinə məxsus ümumi sahəsi 1000 kv.m olan spirt saxlanılan anbarda həcmi 25 ton olan çəndən ətrafa dağılmış spirt məhsulları 100 kv.m sahədə yanıb.
Abşeron Şərab ASC-nin anbarında yanğın baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Mehdiabad qəsəbəsində Abşeron Şərab Açıq Səhmdar Cəmiyyətinə məxsus ümumi sahəsi 1000 kv.m olan spirt saxlanılan anbarda həcmi 25 ton olan çəndən ətrafa dağılmış spirt məhsulları 100 kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi və içərisinə yığılmış spirt dolu çənlər yanğından mühafizə olunub.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi 1 nəfər işçi yanıq xəsarətləri ilə aidiyyəti üzrə aparılıb.

Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Xəbər lenti

Xəbər lenti