Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu il yol polisi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində aşkar edilən 8 ədəd avtomat, 4 ədəd avtomat darağı, 776 ədəd müxtəlif kalibrli döyüş patronu, 10 ədəd tüfəng (3 ədəd TOZ-8), 5 ədəd tapança (4-ü kustar üsulla hazırlanmış) və 1 ədəd tank mərmisi aşkar edilərək istintaq orqanlarına təhvil verilib.
Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bu müddət ərzində polisin digər xidmətləri ilə birgə 19 fakt üzrə 14 kiloqramdan çox (o cümlədən 12 kq həşiş qətranı, 115 qram marixuana, 2 kq 45 qram heroin, 31,279 qram tiryək) narkotik maddə aşkar olunub.