Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir A.Tağıyeva/
İstanbul-Bağdad reysini həyata keçirən "İraq Hava Yolları"na məxsus təyyarə uçuşdan bir müddət sonra Atatürk Hava Limanına qayıtmağa məcbur olub. Bu barədə Trend cümə günü "Haber7" telekanalına istinadən məlumat verir.
Təcili enişə səbəb texniki nasazlıq olub. Təyyarənin enişi normal qaydada keçib, heç kəs xəsarət almayıb.
Sərnişinlər insidentdən iki saat sonra digər təyyarə ilə Bağdada yola salınıb.