...

Bakıda heroin satışı ilə məşğul olan dəstə yaxalanıb

Hadisə Materials 2 Fevral 2013 11:32 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ CAŞ və NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ramilə Bağırova, Habil Babayev və Azər Bağırov 0,381 qram heroini satmaq istəyərkən yaxalanıblar.
Bakıda heroin satışı ilə məşğul olan dəstə yaxalanıb

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Bakıda heroin satışı ilə məşğul olan dəstə yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ CAŞ və NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ramilə Bağırova, Habil Babayev və Azər Bağırov 0,381 qram heroini satmaq istəyərkən yaxalanıblar.

Üzərilərinə baxış keçirilərkən R.Bağırovadan 0,369 qram, H.Babayevdən 2,098 qram və A.Bağırovdan 2,158 qram heroin aşkar olunaraq götürülüb.

Təxirə salınmaz əməliyyat tədbirləri nəticəsində Ramilə Bağırovaya narkotik maddə satan Bakı şəhər sakinləri Ramal Hüseynov, İradə Ağayeva və Məmmədağa Səfərov fevralın 1-də Sabunçu RPİ NMB-nin əməkdaşları tərəfindən yaxalanıb. Onların üzərinə baxış keçirilərkən İ.Ağayevadan 26 qramdan artıq, M.Səfərovdan isə 10 qrama yaxın heroin aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti