...

İrandan qayıdan azərbaycanlının ciblərindən narkotik vasitələr çıxdı

Hadisə Materials 7 Fevral 2013 15:56 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Füzuli Səlimov üzərində gömrük nəzarətindən gizlədilib və gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.
İrandan qayıdan azərbaycanlının ciblərindən narkotik vasitələr çıxdı

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

İrandan gələn Azərbaycan vətəndaşının cibindən 126,797 qram narkotik vasitə çıxıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Füzuli Səlimov üzərində gömrük nəzarətindən gizlədilib və gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük əməkdaşının tələbindən sonra o, əynindəki gödəkçənin içəri sol yan cibindən sellofan bükülüdə xalis çəkisi 100,028 qram olan narkotik vasitəni - tiryəki çıxarmalı olub.

Bunndan sonra F.Səlimovun üzərində şəxsi yoxlama zamanı onun əynindəki gödəkçənin içəri sağ yan cibindən də sellofan bükülüdə xalis çəkisi 25,987 qram narkotik vasitə - tiryək, şalvarının sağ yan cibindən isə 2 ədəd sellofan bükülüdə, ümumi xalis çəkisi 0,782 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Beləliklə, sözügedən vətəndaşdan götürülən narkotik vasitələrin ümumi xalis çəkisi 126,797 qram təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti