...

Tovuz sakini polis bölməsinə "top-tüfəng"lə gəlib

Hadisə Materials 23 Fevral 2013 14:00 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz rayonunun Qovlar qəsəbəsində yaşayan Yasin Sadıqov 1 ədəd "KOMBAT-PP" markalı qaz tapançasını, 1 ədəd ov tüfəngini, 1 ədəd "F-1" qumbarasını və 219 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Qovlar polis bölməsinə təhvil verib.
Tovuz sakini polis bölməsinə "top-tüfəng"lə gəlib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İzzət/

Tovuz rayon sakini özündə olan silah-sursatı polisə könüllü təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz rayonunun Qovlar qəsəbəsində yaşayan Yasin Sadıqov 1 ədəd "KOMBAT-PP" markalı qaz tapançasını, 1 ədəd ov tüfəngini, 1 ədəd "F-1" qumbarasını və 219 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Qovlar polis bölməsinə təhvil verib.

Hazırda Sadıqovun bu qədər silah-sursatı necə əldə etməsinə dair araşdırma aparılır.

Silahların əvvəllər törədilmiş hər hansı cinayətdə istifadə olunub-olunmasını təyin etmək məqsədilə eksertiza təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti