...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 27 Fevral 2013 11:10 (UTC +04:00)
İrandan gələn Azərbaycan vətəndaşının üzərində tiryək aşkar edilib.
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

İrandan gələn Azərbaycan vətəndaşının üzərində tiryək aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Hüseyn Hüseynovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından 1 ədəd bağlamada, xalis çəkisi 30 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti