...

Azərbaycanda bankdan kredit almaq üçün saxta arayışların verilməsi faktı aşkarlanıb

Hadisə Materials 3 Aprel 2013 14:31 (UTC +04:00)
Faktla əlaqədar cinayət işi başlanıb.
Azərbaycanda bankdan kredit almaq üçün saxta arayışların verilməsi faktı aşkarlanıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda bankdan kredit almaq üçün saxta arayışların verilməsi üzrə cinayət işi açılıb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2011-ci ildə "Şəhriyar Fermer Təsərrüfatı" MMC-nin rəhbəri - Tərtər rayon sakini Teyyub Əliyev "Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialından kredit almaq üçün Tərlan Əliyevin, Hakim Əliyevin, Türkan Rəşidlinin, Ayşən Əliyevanın, Bəsti Əliyevanın və Vüsalə Vəliyevanın adına saxta arayışlar verməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti