...

Bakıda Türkiyə vətəndaşını soyanlar yaxalandı

Hadisə Materials 25 Aprel 2013 13:23 (UTC +04:00)
Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq etdiyinə görə həbs olunan 3 nəfərdən biri qadındır.
Bakıda Türkiyə vətəndaşını soyanlar yaxalandı

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq etdiyinə görə həbs olunan 3 nəfərdən biri qadındır.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də Türkiyə vətəndaşı Sezgen Yılmaza qarşı zor tətbiq edərək ondan 5500 avro və 1400 manatını almış Bakı şəhər sakinləri Leyla Hacıyeva, Ruslan İslamov və Elnur Əliyev tutulublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti