...

Praqada xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Hadisə Materials 29 Aprel 2013 18:14 (UTC +04:00)
İlkin məlumata görə, Praqada baş vermiş partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Praqada xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Azərbaycan, Bakı, 29 aprel /Trend/

İlkin məlumata görə, Praqada baş vermiş partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı diplomatik missiyasından bildiriblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Praqada baş vermiş partlayışda ölənlərin sayı 3-4 nəfər ola bilər. Bu barədə Çexiya televiziyası Praqa Xilasetmə Xidmətinin direktoru Zdenek Sxvajeyə istinadən xəbər verib.

Partlayış Praqanın mərkəzindəki evlərin birində, Milli Teatrın yaxınlığında olub. Məlumata görə, 35 nəfər xəsarət alıb.

Partlayış nəticəsində yaxınlıqdakı binalarda pəncərələrin şüşəsi sınıb, bir neçə avtomobilə ziyan dəyib. Xilasedicilər yaxınlıqda yerləşən binalardan 220-dən artıq insanı təxliyə ediblər.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti