...

Respublikanın bir sıra bölgələrində baş vermiş yanğınların qarşısı alınıb

Hadisə Materials 8 İyun 2013 04:36 (UTC +04:00)
Respublikanın bir sıra bölgələrində baş vermiş yanğınların qarşısı alınıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.
Respublikanın bir sıra bölgələrində baş vermiş yanğınların qarşısı alınıb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Respublikanın bir sıra bölgələrində baş vermiş yanğınların qarşısı alınıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Məlumatda deyilir ki, İmişli rayonu, Ağaməmmədli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə quru ot yanıb. Yaxınlığdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Füzuli rayonu, 1-ci Zobucuq kəndində vətəndaşa məxsus ərazidə 1 ha biçilməmiş arpa sahəsi yanıb. Yaxınlıqdakı sahələr yanğından mühafizə olunub.

Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 306 kv.m olan yeməkxananın mətbəxinin lambirdən ibarət tavanı və mətbəx əşyaları 20 kv.m sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli "NEON" şadlıq sarayının 2-ci mərbəsinin mətbəxində tüstü bacasının ətrafında yağ qalıqları yanıb. Şadlıq sarayı yanğından mühafizə olunub.

Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağdaş şəhərində transformatorun giriş və çıxış kabelləri 10 p.m yanıb.

Transformator yanğından mühafizə olunub.

Yanğın saat 21:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda, Füzuli rayonu, Aşağı Veysəli kəndində (rayon mərkəzindən 35 km aralı) biçilməmiş taxıl sahəsi 10 ha və kol-kos 50 ha yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağcabədi rayonu, Taxta körpü adlanan ərazidə vətəndaşa məxsus ərazidə 1 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı sahələr yanğından mühafizə olunub.

Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan meyvə-tərəvəz satışı köşkünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 23:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti