Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Tağıyeva/
Sel suları Türkiyənin Hatay vilayətinin Dörtyol adlı ərazisində 5 nəfərin ölümünə səbəb olub. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.
Bundan əvvəl üç nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, təbii fəlakət nəticəsində 12 nəfər yaralanıb, 6 ev dağılıb.
Sel iki gün dayanmadan yağan leysan yağışlar nəticəsində meydana gəlib. Dördyol ərazisində xilasetmə işləri davam edir. Bu işlərə vertolyotlar da cəlb olunub.