...

DİN aeorport yolunda avtomobilin yanması zamanı baş verən faciə ilə bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 7 Avqust 2013 14:57 (UTC +04:00)
Sabunçu rayonu ərazisində avtomobilin yanması nəticəsində iki nəfər ölüb.
DİN aeorport yolunda avtomobilin yanması zamanı baş verən faciə ilə bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İ.İzzət/

Sabunçu rayonu ərazisində avtomobilin yanması nəticəsində iki nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 6-da saat 23.00 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Rasim Abdullayev idarə etdiyi "Mercedes" markalı avtomaşını maneəyə vurub və sonradan avtomaşında yanğın baş verib.

Nəticədə xəsarət almış sərnişini, Bakı şəhər sakini Müşfiq Məmmədov hadisə yerində ölüb, özü və digər sərnişini, Neftçala rayon sakini Mais Təhməzov isə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərinn səyinə baxmayaraq, Mais Təhməzov xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə metorunun "Koroğlu" stansiyasının yaxınlığılnda, Aeroport yolunda baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti