...

Yevlaxda iki yük maşını toqquşub, xəsarət alan var

Hadisə Materials 30 Avqust 2013 06:12 (UTC +04:00)
Yevlaxda iki yük maşını toqquşub, xəsarət alan var.
Yevlaxda iki yük maşını toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Yevlaxda iki yük maşını toqquşub, xəsarət alan var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonu, Aran qəsəbəsində "ŞAQMAN" və "FORD" markalı iki yük avtomobili toqquşub.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, "ŞAQMAN" markalı yük avtomobilinin sürücüsü xəsarət alaraq, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti